İlham Əliyev Con Kerri ilə görüşü İspaniya mətbuatında

İspaniyanın europapress.es portalında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündən bəhs edən məqalə dərc edilib. "Kerri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin tərəfdarıdır" adlı məqalədə dövlət katibinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında səslənən fikirlərə yer verilib.

Yazıda bildirilir ki, mətbuat konfransında Con Kerri Dağlıq Qarabağ probleminin birdəfəlik həllinin vacibliyini vurğulayıb, Azərbaycan ilə ABŞ arasında bir çox ortaq maraqların mövcud olduğunu bildirib və Əfqanıstanda sülhün dəstəklənməsinə verdiyi töhfələrə görə ölkəmizə minnətdarlığını ifadə edib.

Məqalədə, həmçinin Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də yer alıb. Bildirilib ki, dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinin BMT-in müvafiq qətnamələrinə uyğun həllinin mümkün olduğunu deyib. Prezident İlham Əliyev Ermənistanı işğal olunmuş ərazilərdəki qoşunlarını qeyd-şərtsiz çıxarmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...