YAP Səbail rayon təşkilatının qadınlar şurası Soyqırımı gününü qeyd edib

YAP Səbail rayon təşkilatının qadınlar şurası Soyqırımı gününü qeyd edib

Bu gün YAP Səbail rayon təşkilatının qadınlar şurası və 189 saylı məktəbin təşkilatçılığı ilə "31 mart Azərbaycanlılara qarşı soyqırım günüdür" mövzusunda dəyirmi masa keçirilib. 189 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə məktəbin direktoru Ceyran Quliyeva Azərbaycan çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükə xalqın yaddaşında dərin iz buraxan hadisələrdən birinin də 31 Mart azərbaycanlıların soyqırımının olduğunu diqqətə çatdırıb. C.Quliyeva çıxışında vurğulayıb ki, bu gün erməni millətçilərinin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərdən biri olan 1918-ci ilin mart soyqırımından 98 il ötür: "Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" ideyasını reallışdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətmişlər. Təkcə 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulmuş qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmiş, qədim tarixi abidələrimiz məhv edilmişdir. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da bu siyasət davam etmiş, yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxdı, bu hadisələrə hüquqi və siyasi qiymət verildi, 31 Mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı. Tariximizin bu illərinə Ulu Öndərimiz tərəfindən verilən siyasi qitmət, bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir".

Dəyirmi masada YAP Səbail rayon təşkilatınnı qadınlar şurasının sədri Təranə Kərimova ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışaraq, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb: "XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsil mənasında "qan çanağı"na çevirdilər. Ermənilərin "Böyük Ermənistan" yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi".

Təranə Kərimova 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başlanıldığını söyləyib: "Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq: "Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir".

Tədbirdə məktəbin tarix müəllimi Lalə Məmmədova 1918-ci ildə erməni faşistlərinin xalqımıza qarşı törətdikləri soyqırıma dair tarixi faktlara söykənən məruzə ilə çıxış edib. Həmçinin dəyirmi masada məktəbin şagirdlərindən Atlas Məmmədzadə, Nərgiz Məmmədova və başqaları ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımdan söz açaraq bildiriblər ki, tariximizin bu illərinə Ulu Öndərimiz tərəfindən verilən siyasi qitmət, bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Çünki tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən gələn güclü dövlətdir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə