YAP nümayəndələri Zhou Li ilə görüşüblər FOTOLAR

YAP nümayəndələri Zhou Li ilə görüşüblər FOTOLAR

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkədə səfərdədir. SİA-nın verdiyi məlumata görə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində bu gün Çin Kommunist Partiyasi Beynəlxalq Əlaqələr Nazirinin muavini Zhou Li ilə görüşüblər.

Qeyd edək ki, aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxay və Çendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, sənaye obyektlərinin fəaliyyəti ilə tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə