Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçirəcəyi qurultayı və sədr seçkiləri ətrafında iddialıların sayı artmaqdadır. Bununla bağlı SİA-ya açıqlama verən AMİP-in Mərkəzi Şurasının üzvü, eləcə də sədrliyə namizəd olacağı istisna edilməyən Əli Orucov bildirib ki, hələlik təşkilatın növbəti qurultayının vaxtı dəqiqləşdirilməyib: "Bunula bağlı yaxın günlərdə partiyanın müvafiq qurumu toplanıb müzakirələr aparacaq".

Partiya rəsmisi digər müxalifət partiyalarından fərqli olaraq, AMİP-in qurultayının daha geniş çərçivədə keçiriləcəyini bildirib və qeyd edib ki, həmin ənənəyə sadiq qalacaqlar: "Çətin olsa da, həmin ənənəyə sadiq qalmaq üçün müəyyən vaxt gərəkdir".
Əli Orucov AMİP daxilində bir sıra məsələlərin həll olunmadığını da deyərək, bildirib ki, partiyaya sədrin seçilməsi qurultayda müzakirəyə çıxarılacaq: "Bu məsələ digər gündəlik məsələlərdən sadəcə biridir. Ona görə də növbəti yığıncağımızın keçirilməsi təkcə sədr seçkisi ilə bağlı deyil".
AMİP funksioneri iddiaların artdığını deyərək bildirib ki, vaxt dəqiqləşəndən sonra həmin iddialar arta da bilər. O cümlədən, sədrliyə namizədlər qurultayın gedişində də irəli sürülə bilər: "Odur ki indidən konkret ad çəkmək mümkün deyil. AMİP sədrliyinə partiyada kifayət qədər potensiallı namizədlərimiz var. Kadr cəhətdən sıxıntımız yoxdur. Düşünürəm ki, qurultay yaxın aylarda baş tutacaq".
Qeyd edək ki, Əli Orucov da zaman-zaman sədrliyə namizəd olacağını bldirib və AMİP-də fəaliyyət göstərən digər funksionerlər – Arzuxan Əlizadə və sairləri də sədr kreslosu uğrunda mübarizə aparacaqlarını gizlətməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB