Rusiya və Türkiyə arasındakı gərginlik azalır

Rusiya və Türkiyə arasındakı gərginlik azalır

Rusiya hərbi heyəti Türkiyəyə gəlir. SİA-nın məlumata görə, bu barədə Türkiyənin Baş Qərargahı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, 3 rusiyalı nümayəndə ATƏT-in qəbul etdiyi Viyana sənədinə əsasən Türkiyəyə gəlir. Səfər 30 mart tarixinə qədər davam edəcək.

Qeyd edək ki, bu səfər Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasındakı ilk yaxınlaşma da hesab edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə