"Azərbaycandan Avropaya köç etmək istəyən şəxslər etiraz aksiyalarında qəsdən başlarını polis dəyənəyinin altına verməklə, yaxalarını cırmaqla, barmaqlarını kəsib üz-gözlərini qana boyamaqla yalnız kimlərinsə sifarişlərini yerinə yetirirlər". Bu fikirləri SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bu cür hərəkətlər azərbaycanlıya yaraşan hərəkətlər deyil: "Azərbaycanı sevən şəxslər bu cür addımları atmaz, ölkəmizin imicinə xələl gətirmək iqtidarında olmaz. Bu cür insanlar ölkəmizi pisləmək istəyən insanlardır. Həmin şəxslər mütləq şəkildə hansısa maraqlara qulluq edirlər. Bilirsiniz ki, Avropa hər bir miqrantı qəbul etmir. Ona görə də Azərbaycan Avropaya köç etmək istəyən şəxslə "üsyankar" obrazı yaratmaqla buna nail olmağa çalışırlar. Çox təəssüf ki, bu qəbildən olanların çoxu Avropa ölkələrinin aidiyyəti instansiyalarını aldada bilirlər. Azərbaycan hüquqi dövlətdir və hər kəs bilir ki, ölkəmizdə polis tərəfindən artıq hərəkət edilmir. Azərbaycanda cinayət məqsədli hərəkət edənlərə qarşı mübarizə aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB