İlham Əliyev: “Türkiyə hər zaman Azərbaycanın yanında olub”

İlham Əliyev: “Türkiyə hər zaman Azərbaycanın yanında olub”

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, dövlət başçısı Ankarada törədilmiş amansız terror aktına görə Azərbaycan xalqı və dövləti adından Türkiyə xalqına və dövlətinə başsağlığı verib.

Prezident İlham Əliyev qurbanların yaxınlarına, qohumlarına səbr, yaralılara şəfa diləyib: "Bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik və hər zaman türk xalqının yanandayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Azərbaycanda tam əminik ki, Türkiyə xalqına qarşı törədilmiş terror aktları türk xalqını sarsıda, onu haqq yolundan döndərə bilməz".

Prezident deyib ki, 25 ildir ki, iki ölkə birlik, həmrəylik göstərir: "Hazırda ölkələrimiz bütün sahələrdə uğurlu əməkdaşlıq edir. Əlaqələrimizin təməlində xalqlarımızın birliyi dayanır".

Ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə də toxunaraq deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: "Türkiyə kimi dövlətin yanımızda olması bizim üçün çox vacibdir. Ölkələrimizi həmçinin enerji, hərbi sahədə əməkdaşlıq birləşdirir. Biz çalışacağıq ki, böyük enerji layihəsi olan TANAP-ı vaxtında bitirib və iki il sonra açılışın edək".

Bütün xəbərlər Facebook səhifəmizdə