Millət vəkili həmkarına izahat verdi

Əli Hüseynli: "Məhkəmə qərarlarının icrası ilə bağlı ciddi tədbirlər görülüb"
Millət vəkili həmkarına izahat verdi

Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci il hesabatı ilə bağlı müzakirələr davam edir. SİA-nın xəbərinə görə, müzakirələr zamanı çıxış edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmkarı Qüdrət Həsənquliyevin məhkəmə qərarların icrası və hüquq islahatları ilə bağlı dediklərinə münasibət bildirib.

O qeyd edib ki, məhkəmə qərarlarının icrası məhkəmə qərarlarının yekunu deməkdir. "Ümumilikdə məhkəmə qərarlarının icrası ilə bağlı ciddi tədbirlər görülüb. 2015-ci ildə məlum məsələlərlə bağlı məhkəmə işləri artıb. Ötən il 500 min məhkəmə işi olub. Biz ümumi vəziyyətə obyektiv qərar verməliyik. Qüdrət müəllimin qərəzli fikir bildirməyib, amma obyektiv də yanaşmır. Həmkarlarımız iclaslarda məhkəmə qərarlarının icra olunmaması ilə narazılıqlarını bildirirlər. Gorülmüş işlər kifayət qədərdir və bundan sonra da görməyə hazırıq".

Daha sonra çıxış edən millət vəkili Fəzail Ağamalı Nazirlər Kabinetinin 2015-ci il hesabatını üksək qiymətləndirib.

Millət vəkili bildirib ki, ölkədə məşğulluq səviyyəsinin artırılması, büdcənin dolması üçün əlavə imkanlar yaradılmalıdır: "Toxuculuq, trikotaj, qida və digər bu kimi sahələr genişlənidirilməlidir. Regionlarda bu sahələri əhatə edən sənaye müəssiələri yaradılmalıdır".

F. Ağamalı kənd təsərrüfatı sahəsinin inkiafı ilə bağlı fikirlərini bildirib. O deyib ki, bu sahənin arzuolunan səviyyədə olması üçün tək nazirlik deyil, bu sahəyə aid olan bütün qurumlar işlərini gücləndirməlidirlər: "Qaz işığın gübrənin verilməsinə güzəştlər tətbiq oluna bilər. Bu güzəştlər sözügedən sahələrin inkişafın şərait yara bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə