Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. SİA-nın "Sabah" qəzetinə istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.
Məlumata görə, Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşündən sonra geniştərkibli heyətlərin görüşü baş tutacaq.
Qeyd edək ki, martın 15-də R.T.Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulurdu. Ankarada terror aktı baş verdikdən sonra bu səfər təxirə salınıb. Dost jesti olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB