Deputat uşaqların radikallaşmasının qarşısının alınmasından danışacaq
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası alt komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün martın 14-dən 17-dək Fransada səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, qurumun Sosial komitəsinin Parisdə keçirilən iclasında insan hüquqlarının qorunması ilə bağlı etik məsələlər, çirkli pulların yuyulmasına qarşı mübarizə, ictimai sağlamlıqla əlaqədar beynəlxalq vəziyyətin idarə olunması və digər mövzular ətrafında müzakirələr aparılacaq. Sevinc Fətəliyeva AŞPA komitəsinin iclasında "Gənclər və uşaqların radikallaşmasının qarşısının alınması" mövzusunda hazırladığı məruzəni müzakirəyə təqdim edəcək.
Daha sonra deputatımız Strasburq şəhərinə yola düşəcək, Uşaqlara qarşı zorakılığın önlənməsi qrupunun iclasında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB