"Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
E. Məmmədyarov bildirib ki, münaqişəsinin həlli prosesindəki son vəziyyət barədə həmkarına məlumat verilib: "Həmkarım da öz növbəsində Cənubi Osetiya və Abxaziya məsələləri barədə məni məlumatlandırdı. Azərbaycan tərəfi hər görüşdə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə edir, mövqeyini bildirir. Mövqeyimiz isə birmənalıdır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB