Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır Foto

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır Foto

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq "TURAZ Şahini - 2016" təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gəlib. SİA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcəkdir.

Qeyd edək ki, artıq ikinci dəfə Türkiyədə baş tutacaq müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə