Martın 4-də Bakıya səfər etmiş Rusiya Federasiyası xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Azərbaycan Xarici İşlər Nazirliyini başçısı Elmar Məmmədyarovla görüşünün nəticələrindən razı qalıb. SİA-nın məlumatına görə, o, "TASS" agentliyinə verdiyi müsahibəsində bildirib: "Biz ikitərəfli münasibətləri, qarşıda duran siyasi səviyyədə görüşlərin qrafikini müzakirə etdik. Təbii ki, Cənubi Qafqaz üzrə regional problemlər, bölgənin aparıcı dövlətlərinə münasibətimiz haqqında da danışdıq".
Q.Karasin deyib: "Konstruktiv, məhsuldar, çox maraqlı görüş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB