Xarici işlər nazirinin müavini Bakıya gələcək

Xarici işlər nazirinin müavini Bakıya gələcək

Bu gün Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək. SİA-nın Rusiyanın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Q.Karasinin Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə keçirəcəyi məsləhətləşmələrdə ikitərəfli və regional məsələlərin geniş spektri müzakirə olunacaq.

"Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə işgüzar görüş planlaşdırırıq. Gündəmimiz genişdir, ikitərəfli əlaqələr müzakirə edəcəyik", - deyə Q.Karasin bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə