ABŞ Koreyaya ən ağır zərbəsini vurdu TƏCİLİ

ABŞ Koreyaya ən ağır zərbəsini vurdu TƏCİLİ

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı son 20 ilin ən ağır sanksiyasını tətbiq etdi. SİA-nın məlumatına görə, Şimali Koreyaya qarşı sanksiyaların artırılmasını nəzərdə tutan layihə 15 ölkə tərəfindən təstiq edildi.

ABŞ prezidenti Barak Obama bu addımın nüvə fəaliyyəti ilə məşğul olan Şimali Koreyaya çox ciddi bir mesaj verdiyini bildirib.

Şimali Koreyanın BMT üzrə səfiri Se Pyonq So qərar qəbul edilməmişdən öncə sanksiyaların qüvvəyə minməsinə sərt cavab verəcəklərini bildirib.

O qeyd edib ki, Şimali Koreyanın nüvə proqramı üzrə fəaliyyəti yarımadada sülhün təmin edilməsinə zəmanət yaratmaq məqsədi daşıyır və əlavə edib ki, nüvə silahları heç bir halda Cənubi Koreyaya qarşı istifadə edilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə