Səxavət Əlisoy: “Müsavatın siyasi arenaya çıxması qeyri-mümkündür” AÇIQLAMA

Səxavət Əlisoy: “Müsavatın siyasi arenaya çıxması qeyri-mümkündür” AÇIQLAMA

"Mən Müsavat partiyasının uzun müddət üzvü olmuşam. Hazırda Müsavatın bugünkü acınacaqlı durumuna çox təəssüf edirəm. Bunu artıq tək mən yox, ekspertlər də sübut edir ki, Müsavatın siyasi arenaya çıxması qeyri-mümkündür". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, bu gün aparılan o kurs onu deməyə əsas verir ki, Müsavatın özünə gəlməsi üçün uzun müddət ağrılı proses keçəcək: "Arif Hacılı və dəstəsi yalnız o Müsavat partiyasından kənarlaşdırıldıqdan sonra bu partiya Ana müxalifət və yaxud hansısa müxalifətə iddia edə bilər. Müsavatda səslənən fikirlər yalnız boş-boş şüarlardan ibarətdir. Təbii ki, bunu da cəmiyyət görür. Artıq Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) da parçalanma baş verib və müəyyən qüvvələr oradan çəkiliblər. O partiyanın hansı şəkildə nəyə iddia etməsini sözlə ifadə etmək mümkün deyil. Bütün siyasi partiyaların fəaliyyətləri əsasən intellektual fəaliyyətlər üzərində qurulur".

Bütün xəbərlər Facebook səhifəmizdə