“Pedro Aqramuntun müxalifət nümayəndələri ilə görüşünə ehtiyac yoxdur” AÇIQLAMA
"Fevralın sonu və martın əvvəli Azərbaycan yenidən dünyanın diqqət mərkəzinə çevrildi. "Cənub Qaz Dəhlizi" layihəsini gerçəkləşdirmək üçün Avropanın 28 ölkəsinin səlahiyyətli nümayəndələri Bakıya toplaşdılar. Azərbaycan prezidenti bu layihənin həyata keçirilməsinin Avropa Birliyi ölkələri və ABŞ-la daha sıx əlaqələrin yaranacağına səbəb olacağını vurğulaması ilə ölkənin gələcək istiqamətini artıq seçdiyini bəyan etdi". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının Sumqayıt şəhər təşkilatının sədri, politoloq Vasif Əfəndiyev deyib.
Politoloq bildirib ki, bu cəsarətli addım və bəyanatın möhkəmlənməsi üçün regionda təhlükəsizlik şəraitinin olması şərtdir: "O səbəbdən də Aropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqları barədə qarant bəyanatı Azərbaycanın mövqelərinin Avropada möhkələnməsinin əlaməti hesab etmək olar".
Onun sözlərinə görə, bu tarixi hadisədən dərhal sonra Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun bu vəzifəyə seçilməsindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi ölkəmizin regionda əhəmiyyətinin nə qədər böyük olduğundan xəbər verir. Səfər çərçivəsində Pedro Aqramunt dövlət başçısı ilə görüşlərindən sonra ictimaiyyətin bəzi nümayəndələri və QHT rəhbərləri ilə görüşəcəyi barədə məlumat verib. Göründüyü kimi cənab Pedro Aqramunt müxalifət nümayəndələri ilə görüşəcəyini dilə gətirməyib".
"Mən də elə hesab edirəm ki, bu görüşə o qədər də ehtiyac yoxdur. Müxalifətin böyük hissəsi və uzun müddət radikal görüşləri ilə seçilən insanlar, partiyalar və tanınmış simalar ümumilikdə cənab İlham Əliyevin siyasi kursunu qəbul edirlər. Belə olan şəraitdə müxalifət hesab olunan kəsimlə görüşməyin də əhəmiyyəti yoxdur. Keçən il AŞPA-nın təşəbbüsü ilə iqtidar-müxalifət görüşü keçirilsə də sonradan prosesin davamı baş vermədi. Səfər hələ bitməyib. Ola bilsin ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti müxalifət düşərgəsinin bəzi simaları ilə görüşüsün. Lakin bu görüşlərin geniş tərkibdə olacağını da güman etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB