Bu gün Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsinin qonağı Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri Yuris Maklakovsla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Milli Məclisin deputatı, professor Elman Nəsirov, gənclər diplomatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Səfir bildirib ki, Latviya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb: "İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Bu həm də Azərbaycanın Baltikyanı ölkələrdə ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb".
Deputat Elman Nəsirov deyib ki, Latviya ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələr mövcuddur: "Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq, Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün vacibdir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır".
Sonra görüş tədbir iştirakçılarının səfirlərə müxtəlif məsələlərlə bağlı suallar ünvanlaması şəraitində davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB