“Arif Hacılı Müsavatın strukturunu adamlarını dolduraraq formalaşdırıb” MÜNASİBƏT

“Arif Hacılı Müsavatın strukturunu adamlarını dolduraraq formalaşdırıb” MÜNASİBƏT

"Müsavatda növbədən kənar Qurultayın keçiriləcəyi qətiyyən inandırıcı deyil". Bunu SİA-ya "Ağ Blok"un təsisçisi, Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı Müsavat partiyasında növbədənkənar qurultayın keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu variant Arif Hacılıya sərf etmir: "O, partiyanın bütün strukturlarını istədiyi kimi öz adamlarını dolduraraq formalaşdırıb. Hətta zamanında biz belə təklif etmişdik ki, növbədən kənar Qurultay partiyadaxili parçlanmanın qarşısını alar.O zaman da bu təklifi qəbul etməmişdilər. Həm belə bir Qurultayın çağırılması Məclisin səlahiyyətindədir, Məclisdə isə böyük əksəriyyət Arif Hacılının komandasının üzvləridir. Yəni bu məsələ alınan deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə