Bu gün Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Qüsursuz Gələcək" adlı layihənin növbəti təlimi Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə bu layihənin gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi-nəzərdən "Qüsursuz Gələcək" adlı layihənin aktual olduğunu qeyd edib.
Layihə rəhbəri Yeganə Qasımova gəncləri salamlayıb layihənin məqsədini gənclərə çatdırıb. Daha sonra layihədə Gənc Psixoloqlar İctimai Birliyinin Nəzarət Təftiş Komitəsinin idarə heyətinin üzvü Aytac Abbasbəyli bu layihə haqqında ətraflı məlumat verib və loqoped uşaqlar ilə bağlı məlumatları iştirakçıların nəzərinə çatdırıb. Layihə iştirakçıların sualları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB