Deputat səfirə başsağlığı verib

Deputat səfirə başsağlığı verib

Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkuna zəng edərək ona Ankaradakı terror hadisəsi ilə bağlı başsağlığı verib. SİA-nın məlumatına görə, bu barədə millət vəkili özünün "facebook" səhifəsində xəbər paylaşıb.

"Ankara şəhərində 17 fevral tarixində baş verən terror hərəkərinin ağır nəticələri ilə bağlı ona və türk xalqına başsağlı verdim. Bildirdim ki, bu hadisə Azərbaycanda hər bir kəsi sarsıdıb, terror konkret insanlara qarşı deyil, Tükiyənin müstəqilliyinə, regionda və dünyada artan nüfuzuna qarşı, Türkiyə ilə Azərbaycan dostluğuna qarşı olan hücumdur. Bu ağır gündə bütün Azərbaycanın, hər birimizin qardaş, dost Türkiyənin yanında olduğnu bildirdim və başsağlığımızı türk xalqına və ölənlərin ailələrinə çatdırmağı xahiş etdim".

Bütün xəbərlər Facebook səhifəmizdə