Rauf Məmmədov: "Xocalıda soyqırımı törədənlərdən 39 nəfəri haqda həbs qətimkan tədbiri seçilib"
"1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı ilə bağlı cinayət işi 1992-ci il fevral ayının 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluq tərəfindən başladılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb və bütün cinayət işləri bir icraatda birləşdirilib". Bunu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" mövzusunda ictimai müzakirə zamanı deyib.
O qeyd edib ki, 2005-ci ilin may ayında həmin cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə edildikdən sonra həmin ilin iyul ayında cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsiq edilərək hazırda Respublika Hərbi Prokurorluğunda Xüsusi istintaq şöbəsidə istintaq edilir: "İndiyədək Xocalıda soyqırımı törədənlərdən 39 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib, axtarışa veriliblər. Bundan başqa, həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfər şəxsin tam anket məlumatlarının müəyyən edilməsi və onların gizləndiyi yerlərin məlum olması məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB