Avropa Şurası Bolqarıstandan narahatdır QARAÇILARA GÖRƏ

Avropa Şurası Bolqarıstandan narahatdır QARAÇILARA GÖRƏ

Avropa Şurasının insan haqları üzrə komissarı Niyl Muyjnieks Bolqarıstanın Qırmen və Varna şəhərləri daxil olmaqla, müxtəlif yaşayış məntəqələrində qaraçı ailələrin məcburi köçürülməsi ilə bağlı baş verən olaylardan narahat olduğunu bildirib. SİA "inrefax.ru"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, 2015-ci ildə evlərin sökülməsi və məcbir köşürülmələr nəticəsində 400-dən çox Bolqarıstan qaraçısı evsiz qalıb.

"Xatırlatmaq istərdim ki, hüquqi zəmanət olmadan və alternativ yaşayışla təmin olunmadan insanların məcbiri köşürülməsi Bolqarıstanın beynəlxalq öhdəçiliyə əməl etmədiyini sübuta yetirir"-deyə Niyl Muyjnieksin ünvanladığı məktubundakı sitası Bolqarıstanın "Novinite" portalı da qeyd edir.

Komissar vurğulayıb ki, bolqar hökumətinin qaraçı uşaqları uşaq evlərinə yerləşdirilməsi təklifi onların sağlam həyatlarını təmin edəcək alternativ çıxış yolu deyil və birbaşa insan hüquqlarının pozluması anlamını daşıyır.

Muyjnieks sözügedən məktubunda bəyan edib ki, qaraçıların köçürülməsi onlara düşmən münasibətində baş verib, eləcə də anti-qaraçı nümayişləri ilə müşahidə olunub. Həmçinin, anti-qaraçı ritorikalar Bolqarıstanda keçirilən parlament seçkiləri ərəfəsində də səslənib.

Beləliklə, Avropa Şurasının rəsmisi Bolqarıstanın baş nazirinə tövsiə edib ki, təmsil olunduğu hökuməti mövcud prosesin qarşısının alınması üçün tədbirlər planını hazrlasın. Qaraçıların pozulmuş hüquqları alternativlərlə təmin olunsun və növbəti illərdə eyni halların baş verəməməsi üçün zəmanət verilsin.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə