Cəbrail Fərzəliyev: “Rusiya və Türkiyə uçurumun bir addımlığındadır” AÇIQLAMA
"Rusiyaya məxsus Su 24 qırıcı təyyarəsinin vurulmasından sonra başlayan Rus-Türk konflikti daha da dərinləşir. Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizə pərdəsi altında həyata keçirdiyi hərbi əməliyyatlar, Əsəd rejimini dəstəkləməsi Türkiyənin maraqlarına zidd addımlardır". Bu barədə SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Cəbrail Fərzəliyev deyib.
O bildirib ki, Əsəd rejimi ilə bərabər Rusiyanın Suriya türkmənlərinə qarşı qətliamı rus-türk münaqişəsini belə desək, çıxılmaz bir yola salıb: "Hal-hazırda Suriyada vəziyyət olduqca gərgindir. Rusiya və Türkiyə uçurumun bir addımlığındadır. Rusiyanın Suriyada həyata keçirdiyi hərbi təlimlər Türkiyanin maraqlarına uyğun gəlmir çünki Rusiya getdikcə Suriyada hərbi varlığını daha da artıracaq və Türkiyəyə yeni miqrant dalğası axın etməyə başlayacaq. Təbii ki, Türkiyənin milyonlarla qaçqını himayə etməsi maddi cəhətdən Türkiyəyə baha başa gələcək, Türkiyə bu qaçqınları himayə etmək üçün milyardlarla dollar xərcləməli olur. Onlar borclu deyil ki, Suriyalı qaçqınlar üçün milyardlarla dollar xərcləsin. Rusiya özü Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan bu yana nə qədər qaçqına himayədarlıq edib?!"
Türkiyənin öz müttəfiqləri ilə birgə quru əməliyyatlarını həyata keçirməkdən başqa alternativi yoxdur: "Türkiyənin Suriyaya daxil olması o qədər də problem yaratmayacaq, burada əsas məqam Türkiyənin Rusiya ilə üz-üzə gəlməsidir, hansı ki, Rusiya Türkiyədən öz təyyarəsinin intiqamını almaq istəyəcək. Və əgər tərəflər bir-birlərinə qarşı zərbələr endirərlərsə o zaman münaqişə daha da gərginləşəcək.
Hesab edirəm ki, belə bir məqamda Azərbaycan üçün tərəfsiz qalmaq çətin olacaq. Odur ki, Azərbaycan tərəfi əvvəldə olduğu kimi balansı qoruyub saxlamalıdır. Necə ki, əvvəl münaqişə tərəfləri arasında vasitəçilik etməklə sülhə nail olmaq istəyirdisə, yenidən öz məqsədyönlü missiyasını uğurlu şəkildə davam etdirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB