Nəsimi Paşayev "Avtovağzal" stansiyasının özəlliyindən danışdı AÇIQLAMA
"Bənövşəyi xəttin ilk iki stansiyası olan "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarda işlərin böyük əksəriyyəti görülüb". Bunu SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, orada artıq tikinti işləri yekunlaşıb: "Sadəcə olaraq avadanlıqların quraşdırılması və abadlıq işləri aparılır. Bu ilin ikinci yarasında stansiya istifadəyə veriləcək. "Avtovağzal" stansiyasının 8 çıxışı var. Bu çox böyük bir stansiyadır. Stansiyanın həm özünün, həm də Beynəlxalq Avtovağzal Kompleksinin yanında iki çıxışı var. "Avtovağzal" stansiyasının 8-ci çıxışı Bakı-Sumqayıt yolunun altından keçməklə Biləcəri istiqaməti tərəfdə olacaq. Hazırda həmin tuneldə tikilib hazır vəziyyətə gətirilib".
N.Paşayev əlavə edib ki, əgər indiki stansiyalarda 5 vaqonlu qatarlar hərəkət edirsə, "Avtovağzal" stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub: "Təbii ki, ilk başdan biz "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarda 5 vaqonlu qatardan istifadə edəcəyik. Amma platformanın uzunluğu imkan verir ki, biz 7 vaqonlu qatarlardan istifadə edək. Bundan əlavə hər iki stansiyada eləcə də bundan sonra tikiləcək bənövşəyi xəttin digər stansiyalarında fiziki qüsurlu insanlar üçün çıxışlı liftlər quraşdırılıb. Yəni onlar pilləkəndən və eskalatordan istifadə etmək məcburiyyətində qalmayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB