"Elman Fəttah ilk öncə bilməlidir ki, məhkəməyə müraciət edənlər müsavatçılardır. Onların siyasi mənsubiyyəti Müsavat partiyasıdır ki, bu fakt inkar edilməzdir. Adama necə başa salasan ki, bizlər məhkəməyə ADR Hərəkatı olaraq yox, hüquqları pozulmuş müsavatçılar olaraq şikayət etmişik". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli Müsavat Partiyasının başqan müavini Elman Fəttahın ADR hərəkatını ittiham etməsinə və onları hakimiyyətin yaratdığı siyasi qurum adlandırmasına münasibətini açıqlayarkən deyib.
ADR rəsmisi bildirib ki, qanunvericiliyə əsasən siyasi mənsubiyyətindən asılı olmayaraq, istənilən şəxs ictimai təşkilatda fəaliyyət göstərə bilər: "Bir müsavatçının pozulmuş hüququ varsa, demək ki, o öz hüququnu məhkəmə vasitəsilə bərpa etməyə çalışacaq və buna da haqqı çatır. Bəli, biz Müsavat partiyasının qurultayından sonra pozulmuş hüquqlarımızın müdafiəsi üçün məhkəməyə müraciət etmişik. Niyə bununla bizi ittaham etməyə çalışırlar ki? Bir halda ki, Müsavatın indiki rəhbərliyi saxtakarlıq edib, o zaman qanun qarşısında cavab versin. Müsavatın nizamnaməsini pozmuş, saxtakarlıq etmiş, haqqımızı tapdalamış insanlar indi də əməllərinə haqq qazandırmaq üçün bizləri hakimiyyətə işləməkdə suçlayırlar. Bu adamlar geri dönüb öz əməllərinə baxsınlar. Qurultay keçirmiş siyasi partiyalardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) deyil, məhz Müsavatın siyasi partiya kimi qeydiyyata alınması hər şeyi açıq aydın göstərir. Bununla isbat etmək olar ki , kimlər hökumətlə sıx əlaqədədir. Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) bir ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq hələ də Ədliyyə Nazirliyində qeydiyyata düşə bilməyib. Buna Elman Fəttah və onun kimiləri nə deyəcək?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB