Hafiz Hacıyev: “Nə qədər ömrüm varsa, həmişə onlara qarşı çıxacam” AÇIQLAMA
"Cəmil Həsənlinin İsa Qəmbərlə danışıqlar aparması, söhbət etməsi heç kimə təəccüblü deyil. Çünki bu onların adətidir gah küsüb, gah da ki barışırlar". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
MMP sədrinin sözlərinə görə, bu gün bütün müxalif qüvvələr bir-biri ilə danışıqlar aparır, müəyyən bloklar, birliklər yaradırlar: "Yəni bunların hamısı real faktdır. Müxalifətin bir hissəsi birləşib yeni hərəkat yaratmaq arzusundadır. Cəmil Həsənlinin İsa Qəmbərlə danışıqlar aparması, söhbət etməsi heç kimə təəccüblü deyil. Çünki bu, onların adətidir gah küsüb, gah da barışırlar. Mən şəxsən imkan verməyəcəm ki, müxalifət yeni bir hərəkat yaratsın. Nə qədər ömrüm varsa, həmişə onlara qarşı çıxacam. İmkan vermək olmaz ki, onlar Azərbaycanda ara qarışdırıb, bundan öz maraqları üçün istifadə etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB