Zahid Oruc: "Proses Çingiz Abdullayevlə başlasın, məmurlarla davam etsin"
"Çingiz Abdullayev detektiv yazarlar siyahısında əsərləri milyon tirajı keçən çox tanınmış şəxslərdəndir. O, həm Azəraycanda, həm də dünyada sevilir. Ç. Abdullayev bu yaxınlarda "4 uşaq atasını işdən necə çıxarım" - deyə, açıqlama verib. Onun bu mesajı işçiləri ixtisar edərkən hər kəsi diqqətli olmağa çağırır". Bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Bildirib ki, Prezident İlham Əliyev də bu istiqamətdə çox mühüm tapşırıqlar verib.
Deputat Ç. Abdullayevin özünün də 4 vəzifə daşıdığını və açıqlamasını özünə də şamil etməli olduğunu qeyd edib: "Ümidvaram ki, Çingiz müəllim sözlərimdən inciməz. Onun özü 4 vəzifə daşıyır: Ç. Abdullayev Qara və Xəzər dənizlərinin əməkdaşlıq fondunun rəhbəri, "Pen-Klub"un vitse-prezidenti, Yazıçılar Birliyinin katibi və Neftçi futbol klubunun müşahidə şurasının sədridir. O, öz kitabları ilə yaxşı yaşaya biləcəyini dəfələrlə sübut edib və buna görə ehtirama layiqdir. Hesab edirəm ki, Ç. Abdullayevin açıqlaması özü ilə yanaşı, iki və üç vəzifələri tutan Parlament üzvlərimizə və məmurlara da aid olmalıdır. Qoy Çingiz müəllimdən bu proses başlasın, parlamet üzvləri və məmurlarla davam etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB