Araz Aslanlı: “Minsk qrupunun həmsədrlərinə mandatlarını xatırlatmaq lazımdır" AÇIQLAMA
"Şübhəsiz ki, hər bir beynəlxalq təşkilatın öz formalaşma yolu, missiyası və imkanları var. Biz də hər bir beynəlxalq təşkilatdan gözləntilərimizi qeyd olunanlara uyğun formalaşdırmalıyıq". Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
O, AŞPA-da "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" qətnaməsinin qəbul olunmaması, "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" qətnaməsinin isə qəbul olunması ilə bağlı fikirlərini bildirib: "Bu qərarlar gözlənilən idi. Çünki prosesə ATƏT-in Minsk qrupunun həmsədrləri də müdaxilə etmişdilər. Erməni lobbisi də ciddi çalışırdı. Azərbaycan tərəfi Ermənistanın işğalçılığının bütün sənədlərdə qeyd olunmasını istəyir. Ermənistan isə hiyləgərliklə diqqəti başqa istiqamətlərə cəlb etməyə çalışır. Qətnamələrdən birinin qəbul olunması bizim uğurumuzdur".
A. Aslanlı qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinə xəbərdarlıq etmək lazımdır: "Minsk qrupunun həmsədrlərinə mandatlarını xatırlatmaq lazımdır. Bu mandat münaqişənin nəzarətdə saxlanılması yox, ədalətli, beynəlxalq hüquqa əsasən həlli üçündür. Bu həlli Minsk Qrupu təmin edə bilmirsə, tərəflər başqa yollar axtaracaq. Şühbəsiz ki, həmsədrlər möcüzə yaratmaq imkanında deyil. Amma heç olmasa, onlar başqa təşəbbüslərə mane olmamalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB