Məcəllədə dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edib. SİA-nın xəbərinə görə, Məcəlləyə aşağıdakı dəyişikliklər edilib:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267) 8.1.3-1-ci maddəsində "qeydiyyatda olduğu limanın" sözləri "qeydiyyat limanının" sözləri ilə əvəz edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə