Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov çərşənbə günü bu ölkənin xarici işlər nazirinin müavini Pərviz Davlatzoda ilə görüşüb. SİA-nın xəbərinə görə, Tacikistan XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, görüş zamanı XİN başçısının müavini Dağlıq Badaxşan muxtar vilayətində baş vermiş zəlzələdən sonra göstərilən humanitar yardıma görə, Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib və Tacikistan prezidentinin Azərbaycan dövlətinin başçısına ünvanlanmış təşəkkürünü də çatdırıb.
Qeyd edək ki, görüş zamanı ikitərəfli və regional xarakterli aktual məsələlər də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB