Bəxtiyar Əliyev: “Artıq həmsədrlərin statusuna yenidən baxmağın vaxtıdır” AÇIQLAMA

Bəxtiyar Əliyev: “Artıq həmsədrlərin statusuna yenidən baxmağın vaxtıdır” AÇIQLAMA

"Vaxtilə Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında Azərbaycan əraziləri ilə bağlı səsvermədə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri nəinki bizim əleyhimizə səs verdilər, hətta onlar eyni zamanda digər dövlətləri də əleyhimizə səs verməyə çağırdılar, amma baş tutmadı". Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir fəallıq nümayiş etdirməməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, həmsədrlərin son bəyanatı da bir daha onu göstərdi ki, onlar qətiyyən Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəmirlər: "Onlar yalnız Ermənistan lobbisinin təkidi və təsiri altında fəalliyyət göstərirlər. Ona görə də Minsk qrupunun həmsədrlərinin statusuna və institutuna yenidən baxmağın artıq vaxtıdır. ATƏT və BMT-də bunu hiss edir. Azərbaycan xalqının artıq səbr kasası daşıb və onlara inam itib. Əgər onlar bir dönüş yaratmasalar hesab edirəm ki, həmsədrlərin bu formatda fəaliyyəti mümkünsüz görünür".

B.Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş prezidenti Pedro Aqramuntun münaqişənin həlli ilə bağlı gözləntilərindən də danışıb: "Düşünürəm ki, irəliləyiş olacaq. AŞPA ilə əməkdaşlıq çox aktiv gedir. Beləcə, Azərbaycanın haqlı mövqeyi də orada dəstəklənir".

Bütün xəbərlər Facebook səhifəmizdə