Elçin Babayev: “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi keçiriləcək” AÇIQLAMA

Elçin Babayev: “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi keçiriləcək” AÇIQLAMA

"Azərbaycanın tezliklə regionda elm mərkəzinə çevrilməsi üçün ölkə alimləri qarşısında ciddi vəzifə qoyulub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə ölkədə elmi tədqiqat aparan alim və mütəxəssislər üçün hər cür şərait yaradılmalıdır: "Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu da alimlər üçün elmi bazalara olan çıxışların açılmasıdır. Bu işdə də Elmin İnkişafı Fondu öz töhvəsini verməyə çalışır. Bu il də ənənəvi olaraq qrant maliyyələşdirilməsini həyata keçirəcəyik. Son zamanlar əsasən kompleks elmi-tədqiqat proqramları üzrə layihələri dəstəkləməyə başlamışıq. Bundan başqa, bu il gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi keçiriləcək. Digər dövlət proqramları çərçivəsində lazım olacaq layihələri də icra etməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə