Georgi Tsereteli: "Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edir"

Georgi Tsereteli: "Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edir"

ATƏT-lə Azərbaycan arasında mühüm əməkdaşlıq mövcuddur. SİA-nın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteli jurnalistlərə bildirib. Vitse-prezident qeyd edib ki, ATƏT PA Azərbaycandakı seçkiləri müşahidə edən ən başlıca təşkilat olub: "Bu missiyanın səfəri zamanı da danışıqlar nəticəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir".

G.Tsereteli əlavə edib ki, bu səfər cərçivəsində münasibətlərdə irəliləyişlər baş verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə