Macarıstan səfirliyinin viza mərkəzinin açılışı keçirilir YENİLƏNİR

Bu gün Macarıstanın Azərbaycandakı səfirliyinin viza mərkəzinin açılışı keçirilir. SİA-nın məlumatına görə, mərkəz Azərbaycan əhalisinin Macarıstana, eləcə də digər şengen ölkələrinə viza almağa dəstək göstərməklə səfərə rahat yollanmasına yardımçı olacaq.

Viza işləri ilə məşğul olacaq İnternational Azərbaycanla yanaşı, dünyanın daha 22 ölkəsində fəaliyyət göstərən BLS böyük təcrübəyə sahibdir.

Qeyd edək ki, mərasimdə Macarıstanla yanaşı, digər ölkələrin Azərbaycandakı səfirləri, diplomatik nümayəndələr, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Dövlət Neft Şirkətinin və Heydər Əliyev Fondunun rəsmiləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə