Asim Mollazadə: "Ukraynada hansısa problemin həllinə ümid etmirəm" AÇIQLAMA

Asim Mollazadə: "Ukraynada hansısa problemin həllinə ümid etmirəm" AÇIQLAMA

"Rusiya və ABŞ prezidentləri arasında danışıqlar gözlənilirdi". Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, onlar terrorla mübarizədə ortaq bir proqramın hazırlanmağı haqda müzakirə aparırlar.

"Danışıqlarda məqsədlərdən biridi də Ukraynadakı proseslərin və oradakı gərginliyin aradan qaldırılması üçün müəyyən ortaq mövqe müəyyənləşdirməkdir. Belə danışıqlar hələ çox olacaq. Yaxın müddətdə Ukraynada hansısa problemlərin həllinə ümid etmirəm" - deyə, millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə