Ekspert: “Pakistan hərbiçiləri Azərbaycana rəğbət bəsləyir” AÇIQLAMA
"Ümumiyyətlə Pakistan Azərbaycan müstəqilliyini əldə etdikdə qardaş Türkiyədən sonra ölkəmizə hərtərəfli dəstək olan ikinci dövlətdir. Bu dövlət həm ölkəmizin müstəqilliyini tanıyıb, həm də Azərbaycanın bütün haqq işində onu dəstəkləyib. Ona görə də iki ölkə arasında hərbi əməkdaşlığa dair müqavilələrin imzalanması heç də təəccüblü deyil". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, Pakistanın bu xoş münasibəti xeyli müddətdir ki, davam edir: "Bu tək iqtisadiyyat sahəsində deyil, hərbi sahədə də özünü göstərir. Son illər hər iki ölkə ən yüksək səviyyədə yəni hərbi ateşelər səviyyəsində də təmsil olunublar. Ona görə də Pakistanın bütün hərbiçilərinin Azərbaycana rəğbəti hər zaman böyük olub. Onlar Azərbaycanın hərbi kadrlarının hazırlanmasında, hərbi təlim sisteminin müasirləşməsində, o cümlədən hərbi sənaye kompleksinin inkişafında çox böyük rol oynayırlar. Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Məhəmməd Zakaullahın Azərbaycana səfərində də bütün bunlar hamısı qeyd olundu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB