Azərbaycan Universitetində anım tədbiri keçirilir YENİLƏNİR

Azərbaycan Universitetində anım tədbiri keçirilir YENİLƏNİR

Bu gün Azərbaycan Universiteti, SƏS Media Qrup və Bilik Fondunun birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı "20 Yanvar şəhidlərinin anım günü" mövzusunda tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə universitetin rektoru, professor Fərid Əhmədov, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, universitetin tələbə və müəllim heyəti, ziyalılar, KİV nümayəndələri iştirak edir.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlil sükutla yad edilib. Sonra Azərbaycan Universiteti ilə SƏS Media Qrupun birgə hazırladığı film nümayiş etdirilib. Natiqlər bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildiriblər.

Tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə