Rövşən Rzayev: “Rusiya rəhbərliyinə mövqeyimizi çatdırmalıyıq” AÇIQLAMA
"Hesab edirəm ki, Rusiyada qondarma soyqırımı inkar edənlərə qarşı cəzaların tətbiq olunması ilə bağlı qanun layihəsinin Rusiya Dövlət Dumasına təqdim olunması ədalətsiz yanaşmanın nəticəsindədir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, bu məsələ Rusiyada yaşayan erməni lobbisinin təkidi altında ermənipərəst qüvvələrin fəaliyyətidir: "Ona görə də həmin məsələ heç cür öz həllini tapa bilməz və tapmamalıdır. Düşünürəm ki, Rusiyada bu məsələyə ədalətli yanaşan qüvvələr çoxdur amma bu öz həllini tapmayacaq. Bu mənim qəti fikrimdir. Ona görə də hesab edirəm ki, bu gün Rusiya bu cür insanlar var. Deməli biz onlarla bağlı ölçü götürməyi bacarmalıyıq və işləməliyik. Beləcə Rusiyanın rəhbərliyinə və bu ədalətsiz mövqeni səsləndirən insanlara qarşı öz mövqeyimizi çatdırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB