Azərbaycan-Gürcüstan əlaqələri tarixi dostluğa və qonşuluğa, qarşılıqlı-faydalı əməkdaşlığa dayanır. Bu ilk növbədə hər iki dövlətin eyni geosiyasi əhəmiyyətli regionda yerləşməsi, mövcud olan əlaqələrin tarixiliyindən irəli gəlir. Azərbaycanın regional liderliyi, regionda reallaşan layihələrə Azərbaycan vasitəçiliyi ilə daxil olunma, sosial-iqtisadi rifahın artımına xidmət edən Azərbaycan reallığı Gürcüstan üçün təkzibedilməz faktordur. Məhz Azərbaycan regionda Gürcüstanın ən yaxın tərəfdaşı, etibarlı əməkdaşıdır. Gürcüstanda on minlərlə həmyerlimizin yaşaması, onların rahat yaşamının təmin olunması baxımından isə əməkdaşlıq Azərbaycan üçün zəruridir.
Tarixi düşmənimiz olan ermənilər Gürcüstanda yaşayan soydaşlarımıza qarşı da əllərindən gələn pislikləri əsirgəmirlər. Müəyyən təsir imkanları vasitəsilə hətta ölkə rəhbərliyinin də azərbaycanlılara qarşı ədalətsiz qərarlar verməsinə nail olurlar. Və ənənəvi olaraq öz uydurma "erməni yalan"larını təbliğ etməkdən də geri qalmırlar. Bəs bizim orada yaşayan soydaşlarımız buna qarşı hansı addımlar atırlar? Azərbaycan-Gürcüstan əlaqələrinin səviyəsindən razıdırlarmı? və s.
SİA Borçalı Strateji Araşdırmalar Mərkəzinin sədri Tamir Süleymanovun bu məsələlər ətrafında müsahibəsini təqdim edir:
- Erməni yalanlarına qarşı Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən gənclərimiz hansı tədbirlər həyata keçirir?
- Gürcüstandakı soydaşlarımız o torpaqlarda tarix boyu yaşayıb kök salıblar. Bu günə kimi də gürcülərlə azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü uğrunda çiyin-çiyinə vuruşmuş və çörəyini bölüşən iki dost xalqdır. Ermənilər isə Stalinin əmri ilə Ahıska bölgəsindən türkləri sürgün edərək o bölgəyə yerləşdiriliblər ( Samsxe-Cavaxetiya bölgəsinə). Hər zaman olduqları bölgənin bəlasına çevrilən ermənilər Gürcüstanda da kirli əməllərindən çəkinmirlər. Bölgədə müəyən ərazi iddiaları gündəmə gətirməklə Gürcüstana qarşı təxribat xarakterli adımlar atırlar. Təbii ki bu cür addımlar soydaşlarmızdan da yan keçmir və yetərincə cavabları verilir. İki dost xalq arasında daima fitnə-fəsad törətmək istəyən erməni lobbisinə qarşı bütün qurumlarda, institutlarda yetərincə layiqli cavab verəcək ziyalılarmız və gənclərimiz var. Heçbir şəkildə bu kirli oyunların həyata keçirilməsinə Gürcüstan dövlətiylə yanaşı soydaşlarmız da imkan verməyəcək.
- Gürcüstanda soydaşlarımızın hüquqları hansı səviyyədə qorunur?
- Gürcüstanda soydaşlarmızın hüquqları əvəllər geniş pozulsa da yəni müəyyən sahələrdə məqsədli şəkildə problemlər yardılsa da hazırda bu vəziyət dondurulub. Təssüflər olsunki əvəllər yaradılan torpaq, toponim, təhsil, dil, din ümumi problemlər öz həllini tapmasa da hazırda belə bir addımların atılmasını da gözləmirik. Müəyən hallarda yenə də müsəlman bölgələrinə, kəndlərinə xristian simvolu olan xaçların sancılması halları baş verir ki, bunun da nə məqsədlərlə həyata keçirildiyi aydındır. Düşünürəm ki, Borçalıdan olan ziyallarımız bu məsələni araşdırıb bir münasibət bildirərlər.
- Hazırki mövcud ciddi regional problemlər fonunda Gürcüstan-Azərbaycan əlaqələri hansı səviyyədədir və perspektivləri necədir?
- Azərbaycan-Gürcüstan münasibətlərinin təməli Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və möhkəm strateji əlaqələr üzərində qurulub. Regionda baş verən geosiyasi problemlərə baxmayaraq istər beynəlxalq səviyyədə, istərsə də iki dövlət arasında hər zaman bir-birinə dəstək nümunəsini görməkdəyik. Bir ara gündəmə Gürcüstanın Rusiyadan qaz almasıyla bağlı iddialar çıxsa da bunun özünü nə vaxtsa doğruldacağına inanmıram çünki bu uzun və qəliz bir prosesdir. Gürcüstan-Azərbaycan əlaqələrinin geniş və möhkəm bir strategiyaya dayandığının son nöqtəsini isə 2015-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev Gürcüstana səfəri zamanı qoydu. Bütün bu əlaqələr onu göstərir ki, regionda nə baş verirsə versin Gürcüstan və Azərbaycan daima birlik nümayiş etdirəcək və bu birliyi qoruyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB