Cavid Qurbanov: “3 saatlıq yolu iki dəfə qısaltmış olacağıq”

Cavid Qurbanov: “3 saatlıq yolu iki dəfə qısaltmış olacağıq”

"Biləcəri və Xırdalan dəmir yolu stansiyalarında işlər davam etdirilir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt elektrik qatarı ilə hər gün 2600-3000 adam daşınır: "Hazırda danışıqlar aparırıq və yəqin ki, yeni elektrovozlar alınacaq. Zabrat xəttini, dairəvi yolun ikinci hissəsini də açsaq vətəndaşlarımızın 3 saatlıq yolunu iki dəfə qısaltmış olacağıq. Bununla, bu ərazidə yaşayan 2 milyon insana xidmət etmiş olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə