Arzu Nağıyev: "Azərbaycanla təzyiq və təsir dilində danışmaq olmaz" MÜNASİBƏT
"Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam təqdirəlayiq haldır və bütün dünyaya örnəkdir. 210 nəfər məhbusun əfv edilməsi, cəzasının qalan hissəsindən azad edilməsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində öz doğmalarına qovuşması hazırkı şəraitdə humanizmin siyasətdən daha üstün olduğundan xəbər verir". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamına münasibət bildirərkən deyib.
Arzu Nağıyev qeyd edib ki, əfv siyahısında bir çox xarici dövlətlərin vətəndaşlarının da yer alması humanist bir jestdir: "Yəqin ki, bu şəxslər də əfv edilməklərini bir avans kimi qəbul etməli, bir daha qanunsuz addımlar atmamalıdırlar. Bununla yanaşı bir sıra xarici qüvvələr də başa düşdülər ki, Azərbaycanla təzyiq və təsir dilində danışmaq olmaz. Azərbaycan dövlətinin öz siyasəti var və qanun çərçivəsində buna riayət olunur. Heç bir qüvvə dövlətimizin apardığı siyasətə təsir edə bilməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB