Erməni xaker qrupunun yalanları ifşa olundu

Erməni xaker qrupunun yalanları ifşa olundu

Milli Məclisin mətbuat xidməti məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda erməni xaker qrupunun yalanları ifşa olunur: "Dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində "Armenian Cyber Army" xaker qrupu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Əslində isə həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyib. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem administratoru tərəfindən bərpa edilib.
Bizim həm inzibati, həm də texniki imkanlarımız bu cür hücumların vaxtında qarşını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə