Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli İlham Əliyev,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqinin, rifahın, o cümlədən əlverişli inkişafın nümunəsidir. Strateji tərəfdaşlar olduğumuz üçün əminliklə deyə bilərəm ki, əməkdaşlığımızın daha da genişləndirilməsi, o cümlədən Sizin bu yaxınlarda Gürcüstana etdiyiniz səfər xalqlarımızın qarşılıqlı mənafeyi naminə uğurlu nailiyyətlərlə nəticələnəcək.
Bu xoş fürsətdən istifadə edərək, Sizə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyiniz üçün bir daha minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə göstərdiyiniz bütün mühüm səylərinizdə böyük uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB