Əfqanıstan prezidenti Ulu öndərin məzarını ziyarət edib

Əfqanıstan prezidenti Ulu öndərin məzarını ziyarət edib

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə gül dəstələri qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə