Avstraliyalı deputat Aydın Mirzəzadənin müraciətinə cavab verdi

Avstraliyalı deputat Aydın Mirzəzadənin müraciətinə cavab verdi

Avstraliya İttifaqı Parlamentinin deputatı Luke Simpkins Milli Məclisin deputatı Aydın Mirzəzadənin məktubuna cavab verib. SİA-nın xəbərinə görə, deputat Aydın Mirzəzadə 1 dekabr tarixində Avstraliya Parlamenti Nümayəndələr Palatasının deputatı, Avstraliya-Azərbaycan Dostluq qrupunun rəhbəri cənab Luke Simpkinsə müraciət etmişdi. Müraciətdə Aydın Mirzəzadə 12 noyabr 2015-ci il tarixində Avstraliya İttifaqı Parlamenti Nümayəndələr Palatasında keçirilən iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən cəsarətli çıxışna görə öz təşəkkürünü bildirib.

Dünən 17 dekabr tarixində Luke Simpkins azərbaycanlı deputata aşağıdakı məzmunda cavab verib.

Hörmətli cənab Mirzəzadə,

Mənimlə əlaqə saxladığınız üçün Sizə öz ən yüksək hörmət və təşəkkürümü bildirirəm.

Mən hesab edirəm ki, haqqı və ədaləti dəstəkləmək həmişə asandır və ona görə mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm.

Baxmayaraq ki, həqiqətən də erməni diasporu mövqeyimə görə məni hədəfə alıb, əmin ola bilərsiniz ki, onlar məni haqq yolundan döndərə bilməyəcəklər. Parlamentdə ki, bəyanatıma əsaslanaraq bizim "Sual vaxtı"nda mən Xarici İşlər nazirinə Avstraliyanın işğal olunmuş torpaqlara olan mövqeyinə dair sual verdim. Əgər Siz həmin sual və cavabı nəzərdən keçirməmisinizsə sualı və cavabı diqqətinizə çatdırıram.

Bir daha səmimi məktubunuz üçün Sizə təşəkkür edir və dəstəyinizi çox yüksək qiymətləndirirəm.

Hörmətlə,

Luke Simpkin".

Luke Simpkins tərəfindən Xarici İşlər naziri xanım Juli Bişopa sual: Hökumət 1992-1993 illərdə Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı haqqında nə düşünür? Regionun Azərbaycana məxsus olmasını tanıyırsınızmı?

Cavab: Biz Azərbaycanın suverenliyini tanıyırıq və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Minsk qrupunun səylərini dəstəkləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə