Mahir Abbaszadə: “İlham Əliyev bütün fəaliyyətini vətəndaşların rifahı üçün səfərbər edib” MÜNASİBƏT
"İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirərək əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub". Sözügedən fikirləri SİA-ya millət vəkili Mahir Abbaszadə Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyəti ilə bağlı fikirlərini bölüşərkən deyib.
Millət vəkili vurğulayıb ki, hər bir ölkənin, xalqın dünya miqyasında tanınmasında, nüfuzunun artmasında, davamlı nailiyyətlər əldə etməsində, eləcə də qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi rolu mövcuddur: "Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Bu cür liderlərin mövcudluğu isə xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına əsas yaradır. Məhz bu mənada, Azərbaycan xalqının da gələcəyi parlaqdır. Artıq illərdir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Məhz möhtərəm İlham Əliyev cənablarının ötən illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi reformalar modern Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini artırıb. Beləlkilə də Azərbaycan xalqının rifahına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Ulu Öndər Heydər Əliyev siyasəti müstəqil dövlətimizin xalqımızın tarixi nailiyyətinə çevrilməsinə əsas yaradıb".
Millət vəkili qeyd edib ki, Azərbaycan həm də dünyada mötəbər tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir: "Avropa Oyunlarının 2015-ci ildə tarixdə ilk dəfə ölkəmizdə keçiriləcəyi hər bir azərbaycanlıya tükənməz qürur hissi bəxş edir. Bütün bunlar, əlbəttə ki, məhz Onun - Azərbaycan Prezidenti Cənab İlham Əliyevin misilsiz əməyinin nəticəsidir. Söz yox ki, sağlam gənclik həm də ölkənin sağlam gələcəyini və gücünü tərənnüm edir. Bu baxımdan, bu gün Azərbaycan gənclərinin hərbi vətənpərvərlik hissləri də daim diqqət mərkəzində saxlanılmaqdadır. Bu günün gənci, sabahın əsgəridir. Güclü ordunun təməlində həm də sağlam gənclik dayanıb desək, yanılmarıq. Bu gün Azərbaycan Ordusunun hərbi potensialı da elmli, bilikli gənclər, zabitlər tərəfindən inkiaf etdirilir. Yeri gəlmişkən, Azərbaycan ordusunun davamlı inkişafında, tərəqqisində, müasirləşməsində, hərbi-texniki bazasının mükəmməlləşdirilməsində də ölkə rəhbərimizin, Ali Baş Komandanımızın danılmaz rolu mövcuddur".
Mahir Abbaszadə son olaraq onu da deyib ki, cənab İlham Əliyev bütün fəaliyyətini Azərbaycan vətəndaşlarının rifahı üçün səfərbər edib, Onun atdığı hər bir addım isə insanların daha yaxşı yaşamasına hesablanıb. Ona görə də cənab İlham Əliyevin hər bir addımı insanlarda böyük ümid və gələcəyə nikbin baxış formalaşdırır: "Lakin təssüf ki, bizi istəməyən bəzi xarici qüvvələr, eləcə də onlara nökərçilik edən sapı özümüzdən olan baltalar bu inkişaf və tərəqqini qəbul etmək istəmir, əllərinə düşən hər imkanda güclənən, demokratiya faktoru ilə digər dövlətlərə nümunə olan Azərbaycana qarşı qərəzlərli münasibət sərgiləyirlər. Ancaq bu onlara heç bir səmərə vermir. Çünki Azərbaycanda olan xalq-iqtidar vəhdəti mənfur dairələrin arzularını ürəklərində qoyur".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB