Eldəniz Səlimov: "İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın nüfuzu getdikcə artır" MÖVQE
"Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları qəbul olunmuşdur ki, bu gün həmin faktor, tərəqqi amili özünü kifayət qədər doğruldub". Bu fikirləri SİA-ya millət vəkili Eldəniz Səlimov ölkə rəhbəri İlham Əliyevin uğurlu fəaliyyəti ilə bağlı fikirlərini bildirərkən deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev ölkədə insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir: "İlham Əliyev cənablarının qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev faktoru müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanıb. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır".
Eldəniz Səlimov eyni zamanda vurğulayıb ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev, həm də görkəmli partiya xadimidir: "O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) Lideridir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni və daha müasir Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir.
Əlbəttə ki, sadalanan bütün bu fikirlər bir istiqamətə doğru yönəlib - ölkəmizin inkişaf və tərəqqisinə və xalqımızın rifah halının daha da yaxışlaşdırılmasına. Bizlər də məhz Onun ətrafında daha sıx birləşməli, fəaliyyətini dəstəkləməliyik".
Millət vəkili son günlərdə Qərb siyasi dairələrinin Azərbaycana qarşı sanksiyaların tədbiq edilməsi istiqamətində qərəzli addımlarına da münasibət bildirib və deyib ki, bu kimi addımların ölkəmizin inkişanına heç bir təsiri olmayacaq: "Yaxşı olardı ki, həmin qurumlar məhz Qərb dövlətlərində mövcud olan insan haqlarının pozlulması və s. bu kimi məsələləri araşdırıb, özlərinə sanksiyalar qəbul etsinlər".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB