FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi

FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

- polkovnik Valeh Cümşüd oğlu Abdullayevə

- polkovnik Şahmar Ənvər oğlu Paşayevə

- polkovnik Ramil Nazim oğlu Cəfərova".

Bütün xəbərlər Facebook səhifəmizdə