Matviyenko: “Çavuşoğlu mənə yaxınlaşdı və…” İLK ADDIM

Matviyenko: “Çavuşoğlu mənə yaxınlaşdı və…” İLK ADDIM

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, o Aşqabadda keçirilən konfransın kuluarında Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkoya yaxınlaşaraq, "səmimi söhbət" edib. SİA xəbər "vzqlyad"a istinadən xəbər verir ki, Söhbət zamanı Ankaranın Rusiyadan pozitiv siqnallar gözlədiyi bildirilib.

"Valentina Matvienkonu kifayət qədər uzun müddətdir ki, tanıyıram. Bizim aramızda dostluq münasibətləri qurulub. Mən yeganə əcnəbiyəm ki, Rusiya Federasiya Şurasının yüksək təltifi ilə – "Parlamentarizm sahəsindəki naliliyyətlərə görə" fəxri nişanıyla mükafatlandırılmışam. Biz Aşqabadda görüşərək, səmimi söhbət etdik".

Türkiyənin XİN rəhbəri bu sözləri Romada Liviya problemi üzrə beynəlxalq tədbirdə deyib.

"Mən ona Sergey Lavrovla dekabrın 3-dəki görüşüm barədə məlumat verdim"-deyə qeyd edən Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə beynəlxalq hüquq müstəvisində ikitərəfli münasibətlərdəki gərginliyin tamamən aradan qaldırılmasında maraqlıdır: "Biz noyabrın 24-də Su-24 təyyarəsi ilə yaşanan insidentdən təəssüfləndiyimizi bildiməklə yanaşı, hazırda da dialoq tərəfdaşı kimi çıxış edirik. Türkiyə Rusiyadan pozitiv siqnallar gözləyir".

Matvienko da həmin görüş barədə fikir bildirib. O, qeyd edib ki, konfrans kuluarlarında Çavuşoğlu ona yaxınlaşdıb. Lakin bununla yanaşı bildirib ki, konfrans zamanı onun sıx iş qrafiki olduğuna görə, heç bir rəsmi görüş keçirməsi, danışıqlarda iştirak etməsi planı olmayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə